Abşeron rayonunun Masazır kəndindəki bu yol sürücüləri təngə gətirib. Sakinlər deyirlər ki, buranı qışda palçıqdan, yayda isə toz-torpaqdan keçmək hər kəsə əziyyət verir.
Sakinlərin sözlərinə görə Qaçaq Nəbi küçəsi, Mirzə Ələkbər Sabir küçəsi ilə kəsişmədə yerləşir. İddialara görə, küçənin yolu yararsız vəziyyətdə olduğundan əraziyə təcili tibbi yardım briqadaları və taksi sürücüləri gəlmək istəmirlər.
Məsələ ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qurum rəsmisi Ceyhun İsmayılov problemin nə zaman həll ediləcəyinə aydınlıq gətirib.
İndi sakinlər tezliklə yolun təmir ediləcəyi günü gözləyirlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man