Azərbaycanda karantin müddətinin azaldılmasının səbəbləri açıqlanıb

Gündəm 24 Yanvar 2022 | 15:06
OXUNUB: 354

Azərbaycanda bu gündən test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Avtosfer.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov xatırladıb ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.

O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir: "Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi. Yeni qərarın verilməsi “Omicron” ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man