Narkotiki mürəbbə bankalarının arasında gizlədən şəxs saxlanılıb - FOTO

Gündəm 24 Yanvar 2022 | 10:13
OXUNUB: 392

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində Tülü kənd sakini Dinar Seyidov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı rayon bazarında qəssablıq fəaliyyəti ilə məşğul olan Dinar Seyidovun narkotik vasitəni Əli adlı müştərisindən 50 manata aldığı məlum olub

Davam etdirilən tədbirlərlə həmin şəxsin Talalar kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş Əli Əhmədov olduğu müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib. Şəxsi axtarış zamanı Əli Əhmədovdan marixuana aşkarlanıb. 

Onun kənddə yaşadığı ünvana baxış keçirilərkən isə evin zirzəmisindəki mürəbbə bankalarının arasında 1 ədəd 3 kiloqramlıq və 4 ədəd 1 kiloqramlıq şüşə qablara yığaraq gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man