DİQQƏT: Qarşıda təhlükə var! - Yol bərbad haldadır - VİDEO

Gündəm 22 Yanvar 2022 | 00:08
OXUNUB: 1394

Yolun asfalt örtüyü dağılıb, yaranan su gölməçələri isə hərəkətə mane olur.

Sohbət Lənkəranın Viravul kəndindən gedir.30 ildən çoxdur ki, kəndin mərkəzi və ara küçələrində yayda toz, qışda isə  su gölməçələri səbəbindən yolda hərəkət etmək çox çətindir. Hava şəraiti pisləşəndə isə vəziyyət daha da çətinləşir. Bu da kənd sakinlərinin narazılığına səbəb olub. 

Kəndin mərkəzi yolunun uzunluğu 4.4 km-dir. Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunub.  Yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir edilib. Amma yolun son vəziyyəti göz qabağındadır.

Sakinləri narahat edən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, Lənkəran rayonunun bir neçə kəndinin yollarının yenidən qurulması Dövlət proqraminda nəzərdə tutulub.

Qurumdan bildirildi ki, maliyyə vəsaiti ayrılan kimi həmin yolun da yenidən qurulması işləri icra olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man