DİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib

Gündəm 19 Yanvar 2022 | 10:51
OXUNUB: 600

Daxili İşlər Nazirliyi (DİN) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.

Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:

"20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcəkdir. Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər.

Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatana qədər Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilicəkdir. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man