Nazir şöbədə arvadını öldürən polisə görə bu şəxsləri cəzalandırdı

Gündəm 14 Yanvar 2022 | 16:30
OXUNUB: 983

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib. Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man