İsmayıllıda şəhid bulağının açılışı oldu - FOTO - VİDEO - VİDEO

Gündəm 13 Yanvar 2022 | 18:30
OXUNUB: 1419

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində, şəhid Taryel Bayram oğlu Xanadanovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub. 


Avtosfer.az xəbər verir ki, açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimayyət və media nümayəndələri iştirak edib. Mərasimdə Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, əsgər kimi igid oğullarımızın sayəsində “Zəfər Günü” tarixə yazılıb. Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. 
Şəhidin qardaşı göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqını bildirib.


Allah şəhidimizə rəhmət eləsin!

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man