General gömrükdə narkotik əməliyyatlarından danışdı

Gündəm 13 Yanvar 2022 | 11:17
OXUNUB: 514

Muxtar respublika gömrük orqanları 2021-ci il ərzində 31 milyon 404 min manat vəsait toplayaraq büdcə öhdəliyini 107,7 faiz yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib.

Avtosfer.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib. 

General qeyd edib ki, gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə, 566 kiloqram 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.

"Unikal"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man