Bakıda yeniyetmə qız özünü 14-cü mərtəbədən atdı – ŞOK MƏKTUB ÜZƏ ÇIXDI

Gündəm 02 Dekabr 2021 | 12:14
OXUNUB: 1904
Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində özünü yaşadığı çoxmərtəbəli binadan atan 13 yaşlı qız vəfat edib.

Sfera.az xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.

Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda "Kim istəyirsə arxamca gəlsin” sözlərini yazıb.

Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməmişdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir.
 
(Publika.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man