Meyxanaçılar niyə narkotik təbliğatçılarına çevrilir? – “Ağ ölüm”ün pulsuz reklamına “dur” deməyin zamanıdır

Gündəm 20 Oktyabr 2021 | 16:21
OXUNUB: 889
Son həftə ərzində ard-arda iki meyxanaçının narkotik satışı ittihamı ilə həbs olunması bu sənət haqda mənfi rəyin formalaşmasına, müxtəlif söhbətlərin yaranmasına səbəb olur.

Məlumat üçün bildirək ki, bu, meyxanaçıların zərərli vərdişləri ilə bağlı ilk belə fakt deyil. Bundan öncə də bənzər şəkildə meyxanaçılar bu və başqa səbəblərdən istintaqa cəlb edilib, hətta həbsə belə düşüb. Məsələn, tanınmış söz ustadları olan Mahir Cürət, mərhum Bayram Kürdəxanlı həbs həyatı yaşamış meyxanalçılardandır.
 
Ölkəmizdə kifayət qədər pərəstişkarı olan meyxana sənətini yaşadanların bu yaşam tərzi isə şübhəsiz ki, gənc nəslin dünyagörüşünə mənfi təsir edir. Bir çox tanınmış meyxanaçıların öz şeirlərində narkotik vasitələri açıq-aşkar təbliğ etməsi isə "ağ ölüm”ün reklamından başqa heç nə deyil. Həmin meyxanaçıları dinləyən gənclərin müəyyən qismi onların təsiri altına düşərək həyatlarını məhv edirlər.
 
Mövzuyla bağlı Sfera.az-a danışan tanınmış söz ustadı Namiq Məna da (Əliyev) meyxanaçıların el məclislərində, toylarda narkotiklə bağlı mövzulara müraciət etməsinə təəssüfləndiyini bildirib:

"Təəssüf ki, bu gün belə bir yanlış fikir var ki, meyxanaçı spirtli içki qəbul etməli, ya da siz deyən kimi narkotikdən istifadə etməlidir. Məsələnin kökü əslində SSRİ dönəminə qədər gedib çıxır. Hətta bizim dahi qəzəlxanımız Əliağa Vahid belə bu gün spirtli içki aludəçisi kimi göstərilir. Bu və bu kimi hallar sovet təbliğatından qaynaqlanan yanlış məlumatlardır. Bu gün də yeni nəsil yetişir və onlar da bu yanlış təbliğata uyaraq düşünür ki, meyxanaçı spirtli içki içməli, narkotik vasitələr istifadə etməlidir. 

Düşünürəm ki, ümumiyyətlə şeir, sənət adamı, söz xridarları narkotikin təbliğatçısı yox, əksinə onun əleyhdarı olmalıdır. Bu gün elə adamların narkotikə qurşandığını görəndə adam təəccüblənir. Düşünürsən ki, belə istedadlı gənc niyə narkotikaya qurşanıb? Məncə, bu sənətin bütün nümayəndələri muğam janrının ustadlarından nümunə götürməlidir. Bizim janr da muğam kimi ölkəmizi beynəlxalq arenalarda təmsil edə, mədəniyyətimizə töhfə verə bilər. Bu gün bu janrda da muğamda olduğu kimi ustadlar yetişə bilər. Mənsum İbrahimov, Alim Qasımov, Əlibaba Məmmədov kimi muğam ustadlarımız var. Niyə bu janrda da olmasın?”.

Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man