"Talibanın
əsas problemi puldur. Onların
pulu yoxdur".
Sfera.az xəbər verir ki, bunu Respublikaçı
Alternativ Partiyasının (Real) sədri İlqar Məmmədov deyib. Partiya sədri
Talibanın 20 milyon dollar civarında pul ala biləcəyini deyib:
"Ötən
həftəyə olan vəziyyətə görə, Mərkəzi Bankın ehtiyyatları 9 milyarda bərabər
idi. Onun 7 milyardı müxtəlif şəkildə ABŞ Federal Ehtiyyatında saxlanılır. 2
milyardı digər xarici banklarda. Mərkəzi Bankın keçmiş sədrinin sözlərinə görə,
bunun ancaq 10-20 milyon dollarını Taliban birtəhər ala bilər. Qalanı hamısı
bloklanıb. Talibanın rəqabətə davamlı iqtisadiyyat qurmaq qabiliyyəti çoxları tərəfindən
mübahisələndirilir".
Real sədri Talibanın iki seçim
qarşısında olduğunu diqqətə çatdırıb:
"Pulun yoxluğunda, Taliban iki iqtisadi seçim etməlidir. Ya Mərkəzi
Asiyaya, ya da İrana hərbi hücum yolu ilə kiməsə faydalı olub, maliyyələşdiriləcək
tərəfdaşa çevrilməli, ya da Çinə iqtisadi baxımdan tam bağlanıb, onun həm də İranla
ticarətində tranzit sahəyə çevrilməlidir. Rusiya və Hindistan arasında
qurulacaq iqtisadi mövcudluq modeli isə inandırıcı gəlmir. Ən çoxu,
"Çinçi" iqtisadiyyata qoşma, sadəcə əlavə gəlir mənbəyi ola bilər".
Əzizə Zeynal
Sfera.az