“Bu, adi görüş olmayacaq” – Çavuşoğlu Lavrovla nələri müzakirə edəcək?

Gündəm 29 İyun 2021 | 13:33
OXUNUB: 1629
"Rusiya çalışır ki, iyun-iyul aylarında Bakı ilə İrəvan arasında sərhədlərin müəyyənləşməsi prosesi bəlli bir həll nöqtəsinə çatsın. Ona görə də Ankara ilə birlikdə prosesə yeni təkan vermək istəyir”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 30-da Antalyada Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında olacaq görüşü dəyərləndirərkən, politoloq Qabil Hüseynli  deyib:
 
"Bu, adi görüş olmayacaq. Çavuşoğlu ilə Lavrov arasında baş tutacaq görüşdə müzakirə ediləcək məsələlər siyahısında Cənubi Qafqazla bağlı proseslərin öndə olacağını düşünürəm. Əsas diqqət Azərbaycan Ermənistan münasibətlərinə yönəldiləcək. Amma Suriya və Liviya məsələləri də müzakirə predmeti olacaq”. 
 
Politoloqa görə, görüşdə Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiya və demarkasiyası, bu zaman işçi heyətinin yaradılması və prosesdə hansı xəritələrdən yararlanmaq, habelə sərhədlərin müəyyənləşdirilməsində daha dəqiq texniki vasitə olaraq peyk rabitəsindən istifadə edilməsi kimi məsələlər danışıqlar mövzusu olacaq:
 
"Sərhədlər müəyyənləşmədən kommunikasiyaların açılması gündəmə gəlməyəcək. Həmçinin bu danışıqlarda Qarabağın statusu gündəmdə deyil. Demirəm ki, Antalyada dediyim məsələ ilə bağlı bütün nüanslar razılaşdırılacaq. Amma hər halda güman edirəm ki,   görüşdə Qarabağ məsələsinin həllinə doğru bəlli bir məsafə qət ediləcək. Prosesdə çıxılmaz hesab edilən bir sıra məsələlər razılaşdırılacaq. Uzağı, ilin sonlarına doğru böyük sülh sazişi müzakirə üçün stolun üzərinə gətirilə bilər”.
 
Rüfət SULTAN
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man