Kim Çen Inın yeni raketi ünvanına “çatdı”

Dünya 01 Yanvar 2020 | 15:30
OXUNUB: 1738
 

Quzey Koreya lideri Kim Çen Inın yeni ilin ilk günü yeni strateji raketlərinin olduğunu və dünyaya təqdim edəcəklərini açıqlaması ABŞ və Güney  Koreya rəhbərliyində narahatlıq yaradıb.

Sfera.az xəbər verir ki, sözügedən ölkələrin nümayəndələri Kim Çen Inın açıqlamasından sonra telefonla bəzi müzakirələr aparıblar.

Müəyyən edilib ki, müzakirələr Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lu Du Honq ilə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan arasında olub.

 

Telefon danışığı zamanı tərəflər Koreya yarımadasında nüvəsizləşdirmə və sülh üzərində əməkdaşlıq yollarının axtarışına da toxunub.

Tərəflər yanvar ayımda Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Quzey Koreya tərəfinin yeni strateji silahın hazırlanması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib ki, KXDR lideri Kim Çen In 2018-ci ildə Sinqapurda keçirilən ikitərəfli sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair müqavilə imzalayıb və "sözünün adamıdır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man