“Slaym” azyaşlının bronxlarını yandırdı

Dünya 21 Dekabr 2019 | 17:00
OXUNUB: 3839

Ukraynanın Kiyev şəhərində "slaym” azyaşlının ciyərlərində kimyəvi və zəhərli yanmaya səbəb olub.

TSH-nin xəbərinə görə, dörd yaşlı Yasa adlı qız öskürək şikayəti ilə xəstəxanaya gətirilib.

Uşağın bronxlarında yapışqan bir maddənin olduğu aşkar edilib.

Məlum olub ki, oynadığı zaman iylədiyi "slaym” parçası onun bronxlarına yapışıb.

Nəticədə iki həftə reanimasiyada qalan Yasa indi zökəm olmamaq üçün uşaqlarla ünsiyyətdə ola bilmir.

Həkimlər ilk dəfə olaraq "slaym” səbəbi ilə bronxların kimyəvi yanması ilə üzləşdiklərini bildiriblər.

Kimyaçıların dediyinə görə, "slaym”ın tərkibində olan bor turşusu və ya natrium tetraborat toksik təsirə malikdir. O səbəbdən, uzun müddət dəri ilə təmasda olarsa, allergik reaksiyalara, dadına baxılarsa, başgicəllənməyə səbəb olur. (oxu.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man