"Amerika Senatının "erməni soyqırımı" qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası "erməni soyqırım" qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. "Qətnaməyə" həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum "qətnaməni" qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən "qətnamə" vasitəsilə Türkiyəni cəzalandırmaq idi".
Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib: "Özləri çalıb, özləri oynayırlar", bu sözlər Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana məxsusdur. Bugünə qədər onlarla dövlət "erməni soyqırımı" qətnaməsini qəbul edib. Bu Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətnindir. Lakin nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq.
Politoloq əlavə edib ki, "erməni soyqırımı" qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz.
Qeyd edək ki, ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə layihəsini qəbul edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man