ABŞ-ın Rusiyadakı yeni səfiri Con Sallivan vaxtı ilə Azərbaycanla aparılan danışıqlarda iştirak edib.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, C.Sallivan 2007-2009-cu illərdə Ticarət nazirinin müavini olub.
O, bu vəzifədə Çin, İsrail, Gürcüstan, Azərbaycan və digər ölkələrdə aparılan danışıqlar zamanı nümayəndə heyətlərinə rəhbərlik edib.
O, 2010-2016-cı illərdə Ticarət Departamentində ABŞ və İraq arasında iqtisadi əlaqələr üzrə hökumət komissiyasının sədri olub.
C.Sallivan 2017-ci ilin may ayında Dövlət katibinin müavini vəzifəsinə təsdiqlənib.
O, ABŞ-ın İrandakı sonuncu səfiri Vilyam Sallivanın (1977-1977) qardaşı oğludur.(oxu.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man