Rusiya xüsusi təyinatlıları Norveçə daxil oldu

Dünya 30 Sentyabr 2019 | 12:00
OXUNUB: 1246
 

Rusiya xüsusi təyinatlı döyüşçüləri Norveç ərazisində görünüb. Sfera.az  xəbər verir ki, Norveç kəşfiyyatındakı və NATO-dakı mənbələrə istinadən yayılan məlumata əsasən xüsusi təyinatlılar bu ölkənin materik ərazisində, habelə Şpitsbergen arxipelaqının ərazisində qeydə alınıb.

"AldriMer” nəşrinin bildirdiyinə görə, Rusiya xüsusi təyinatlıları mühüm infrastruktur obyektlərini öyrəniblər və ərazi kəşfiyyatı aparıblar. Mənbələr deyiblər ki, Norveçin materik hissəsində hərbçilər mülki geyimdə fəaliyyət göstərir.

ABŞ təyyarələri həmin rayonda havadan kəşfiyyat çəkilişləri aparıb və Rusiya xüsusi təyinatlılarının əks olunduğu fotoşəkilləri Norveç tərəfinə verib. Norveç Müdafiə Nazirliyində məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.

Ehtimal olunur ki, Rusiya xüsusi təyinatlıları Norveç ərazisinə Şimal donanmasının təlimləri çərçivəsində müdaxilə ediblər. Avqustun 5-dən başlayan təlimlər çərçivəsində Şimal donanması Norveçin Şpitsbergen arxipelaqına yaxınlaşıb, təlimlər iki ay davam edib.

Norveç Rusiyanın hərbi müdaxilə riski qarşısında qaldığını neçə vaxtdır ki, gizlətmir. Dəfələrlə Rusiya aviasiyası Norveçə hava zərbələrini imitasiya edən təlimlər keçirib, habelə Rusiya Şimal qütbü istiqamətində hərbi qüvvələrini durmadan artırır. (virtualaz.org)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man