Silah fabrikində yanğın baş verib

Dünya 27 Sentyabr 2019 | 16:28
OXUNUB: 1219
 

Bolqarıstanda silah fabrikinin nəzdindəki trotil sexində yanğın baş verib.

Sfera.az APA-ya istinadla bildirir ki,  bu barədə Ruse şəhərinin meri Plamen Stoilov yerli mətbuata deyib.   

"İlkin məlumatlara görə, trotil istehsal olunan emalatxanada yanğın meydana gəlib, yanğının daha da yayılması və partlayış təhlükəsi var, buna görə zavodun yaxınlığında yerləşən iki yaşayış məntəqəsinin boşaldılması barədə qərar qəbul edilib", - deyə Stoilov bildirib.

 

Yanğın aviasiya, artilleriya və mühəndis döyüş sursatları, həmçinin sənayedə istifadə olunan partlayıcı maddələrin istehsalı ilə məşğul olan "Dunarit" silah fabrikində baş verib. Hadisə yerində yanğınsöndürənlər, polis və təcili yardım maşınları var, müəssisənin işçiləri təxliyə edilb, zərərçəkənlər barədə məlumat yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man