Milli futbolçular sərxoş halda qəzaya düşdülər - FOTO

Dünya 27 Sentyabr 2019 | 16:08
OXUNUB: 1122
 

İngiltərənin "Derbi Kaunti” klubunun futbolçuları avtomobil qəzasına düşüb.

Sfera.az  xəbər verir ki, hadisə zamanı avtomobildə Meyson Bennet, Tom Lourens və Riçard Kionun olub.

Bildirilir ki, avtomobilin qabaq oturacaqlarında əyləşən Kio və Lourens polis tərəfindən saxlanılıb. Futbolçuların sərxoş olduğu iddia olunur.

Qəzadan bir müddət əvvəl "Derbi Kaunti”nin digər oyunçusu Tom Haddlstounun sosial şəbəkədə paylaşdığı şəkildə Bennetin içkili olduğu və tualetdə qaytardığı görünür.

"Derbi Kaunti”nin kapitanı olan Riçard Kionun qəza zamanı dizindən ciddi zədə aldığı bildirilir. İrlandiya millisinin də formasını geyinən Kionun karyerasını bitirə biləcəyi iddia olunur. Qəza zamanı sərxoş olan Tom Lourens Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının üzvüdü.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man