Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru arasında qarşıdurma dərinləşir

Dünya 23 Sentyabr 2019 | 14:24
OXUNUB: 1069

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan Baş nazir Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. 

APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, o deyib ki, N. Paşinyan bilmədiyi məsələlərdən danışır. 

"İstefama baxmayaraq, o hələ də mənim yanıma adamlar göndərib, bir müddət səssiz qalmağımı istəyir. Lakin mən görürəm ki, o növbəti dəfə razılaşmanı pozub başa düşülməyən və mahiyyətcə populist bəyənatlarla çıxış edir. Xatırlatmaq istəyirəm ki, sülh şəraitində ölkənin Baş naziri Silahlı Qüvvələrin Ali baş Komandanı sayılmır. Çox təəssüf ki, Paşinyan bu qədər irəli gedib. Zaman göstərəcək kim və yaxud nə zibil qutusunda olacaq”, - deyə A. Vanetsyan bildirib. 

 

Qeyd edək ki, N. Paşinyan dünən Los Ancelesdə keçirdiyi mətbuat konfransında bildirib ki, A. Vanetsyan öz Ali Baş Komandanına qarşı çıxıb, bu isə zabit şərəfinə ləkədir. N. Paşinyan əlavə edib ki, A. Vanetsyan bununla da zabit poqonlarını zibil qutusuna atıb.  

Xatırladaq ki, bir müddət əvvəl A. Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man