Rusiyanın Çelyabinski vilayətində deputat Azad Zaripov həyat yoldaşını güllələyərək öldürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çelyabinski vilayətində həyat yoldaşını öldürməkdə şübhəli bilinən A.Zaripov Lokomotski şəhər dairəsinin deputatı tutulub.
Bildirilir ki, hadisə avqustun 20-dən 21-nə keçən gecə baş verib. Yerli xəstəxananın baş həkimi vəzifəli şəxsin həyat yoldaşını ov tüfəngiylə vurduğunu qeyd edib. Yaralanan qadın xəstəxanada dünyasını dəyişib.
İlkin məlumatlara görə, cinayətə səbəb ailə daxili münaqişə olub.
Faktla bağlı cinayət işi açılıb.