Venesuela ABŞ-dan BMT-yə şikayət edəcək

Dünya 29 İyul 2019 | 15:04
OXUNUB: 2564
 

Venesuela hökuməti ABŞ tərəfindən hava məkanlarının pozulmasına ilə bağlı BMT-yə şikayət etmək niyyətindədir.

"İnterfaks” xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri Xorge Arreasa "Twitter”də bildirib:

"Artıq bildirdiyimiz kimi, Tramp administrasiyası faktiki olaraq Venesuelanın hava məkanını pozduqlarını qəbul edir və bununla razılaşır. Ağır və cinayətkarcasına etirafdır. Onların xəbis niyyətinə şübhə yoxdur. Biz də BMT-yə şikayət edəcəyik”.

Xatırladaq ki, şənbə günü Karib dənizi üzərində ABŞ-a məxsus "Lockheed EP-3” təyyarəsi Venesuela hökumətinin iddiasına görə bu ölkənin hava məkanına girmişdi. ABŞ tərəfi isə təyyarənin beynəlxalq hava məkanında uçduğunu bildirir. 21 iyul tarixində də ABŞ cəsus təyyarəsinin Karib dənizi üzərində Venesuela hava məkanına daxil olduğundan sonra Venesuelaya məxsus "SU-30” qırıcı təyyarəsi ABŞ hərbi qurumlarının açıqlamasına görə ona "təhlükəli məsafə”yədək yaxınlaşmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man