Serj Sarkisyan yenə Qarabağa gedir

Dünya 23 İyul 2019 | 16:10
OXUNUB: 3338

Ermənistanın keçmiş prezidenti, Respublikaçılar partiyasının lideri Serj Sarkisyan iyulun 24-də xarici ölkələrdən birində keçirdiyi məzuniyyətdən qayıdacaq və işğal altında olan Qarabağa yollanacaq.

Virtualaz.org xəbər verir ki, bu məlumatı "Johovurd” qəzeti yayıb.

"Belə bir fikir var ki, Serj Sarkisyan da Qarabağda gözlənilən prezident və parlament seçkiləri ilə bağlı narahatlıq keçirir, buna görə də, tez-tez ora gedir ki, əhval-ruhiyyənin necə olduğunu anlasın”, - nəşr yazır.

Lakin Qarabağdakı separatçı rejimin hakim dairələrinin nümayəndəsi jurnalistlərlə söhbətində iddia edirdi ki, Serj Sarkisyan "seçkilər”lə maraqlanmır və bununla məşğul olmur.

"O, sadəcə olaraq, Qarabağda istirahət edir, köhnə dostları ilə görüşür, onlarla siyasi əhəmiyyəti olmayan söhbətlər edir və onun obrazını fetişləməyə dəyməz”, - qəzet yazır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man