Hazırkı siyasi hakimiyyət xalq hakimiyyəti və korrupsiya ilə mübarizə adı altında Ermənistanın məhkəmə-hüquq sistemində mövcud olan və illərlə yığılıb qalmış problemləri bəhanə edərək, əslində radikal addımlar atmağa başlayıb – məhkəmə hakimiyyəti büsbütün ələ keçirilir.
Virtualaz.org xəbər verir ki, dünən Ermənistanın yeddi siyasi partiyasının yaydığı bəyanatda belə deyilir.
Bəyanatda bildirilir ki, hakimiyyət bir siyasi qüvvənin əlində cəmləşməməlidir, buna görə də, "məhkəmələrə və hakimlərə istənilən təzyiq cəhdi yolverilməzdir”.
Qeyd olunur ki, hakimiyyətin çağırışı ilə məhkəmələrin girişinin bağlanmasına yol vermək olmaz, eyni zamanda hazırkı hakimiyyətin siyasi maraqlarına xidmət edən Konstitusiya məhkəməsinin qurulması yolverilməzdir.
"Bu məqsədlə parlamentdəki siyasi çoxluq sözün əsl mənasında respublikanın prezidentini Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə elə namizədin irəli sürülməsinə məcbur edib ki, həmin şəxs fəaliyyətdə olan hakimiyyətin siyasi maraqlarını güdür”, - bəyanatda bildirilir.
Bununla birlikdə, siyasi qüvvələr keçid dövrü məhkəməsindən, məhkəmə qərarı olmadan əmlakın müsadirəsindən, total vettinqdən (hakimlərin peşə hazırlığı və davranış etikasının yoxlanması) çəkinməyə çağırırlar.
Bəyanatı "Azadlıq”, "Milli gündəlik”, "Ərik ölkəsi”, Ermənistan demokrat partiyası, "Daşnaksütun”, "Ramkavar Azatakan” və "Bir Ermənistan” partiyaları imzalayıblar.
Xatırladaq ki, iyulun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatla çıxış edərək bildirib ki, ölkə ictimaiyyəti məhkəmələrə etimad göstərmir və məhkəmə sisteminə "cərrahi müdaxilə”nin zamanı yetişib. Ələlxüsus, onun sözlərinə görə, Ermənistanda fəaliyyətdə olan bütün hakimlər vettinqə məruz qalmalıdır, eyni zamanda, ölkədə keçid məhkəmələri mexanizminin tətbiqi həyati zərurətdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man