Beşqat dünya çempionu Rafael Ağayev Tıva Respublikasının rəhbəri Şolban Kara-oolun doğum gününü təbrik edib.
Sfera.az xəbər verir ki, azərbaycanlı karateçi bu münasibətlə respublika başçısı ilə birlikdə fotolarını "İnstaqram"da paylaşıb.
Şolban Kara-oolun xidməti təyyarəsində çəkilən fotolarda daha bir azərbaycanlını - güləş üzrə üçqat dünya çempionu Hacı Əliyevi də görürük.