Avropa Məhkəməsi Gürcüstanı cərimələdi: 56 min avro

Dünya 18 İyul 2019 | 15:05
OXUNUB: 3149

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanla bağlı üç məsələ üzrə qərarını açıqlayıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, məhkəmə "Vazaqaşvili Gürcüstana qarşı”, "Rustavi 2” televiziya kanalı və "Qoqoladze Gürcüstana qarşı” işlərini nəzərdən keçirib.

Məhkəmənin qərarı ilə Gürcüstan hökumətinin üzərinə Vazaqaşvilinin işi üzrə 50 min avro məbləğində kompensasiya ilə bağlı öhdəlik qoyulub.

"Rustavi 2” ilə bağlı məhkəmə heç bir qanun pozuntusu müəyyən etməyib.

Qoqoladzenin işi üzrə qərara əsasən isə Gürcüstan hökuməti 6 min avro kompensasiya ödəməli olacaq.

Hökumət iddiaçılara məbləği üç ay ərzində ödəməlidir.

Qeyd edək ki, Zurab Vazaqaşvili 2006-cı ilin mayında Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı ölüb. Faktla bağlı yeni istintaqın aparılması ilə bağlı bir sıra aksiyalar keçirilib. Z. Vazaqaşvilinin ailəsinin Strasburq məhkəməsinə müraciəti 2007-ci ildə qəbul olunub.

Nodar Qoqaladze 2008-ci ilin fevralında Borjomidə saxlanılıb. O, polis bölməsində fiziki zorakılığa məruz qaldığını iddia edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man