Bakıda gecə saatlarında təhlükəli şəkildə manevr edən sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, noyabrın 11-də paytaxtın Neftçilər prospektində avtomobillərin arasına keçərək təhlükəli şəkildə manevr edən "Opel" markalı avtomobilin hərəkətini görən yol polisi əməkdaşı dərhal onun arxasıyca gedərək dayandırıb protokol tərtib edib.
Bəzən sürücülər etiraz edib bildirir ki, manevr edərkən yol polisi bizi qanunsuz olaraq dayandırıb protokol tərtib edir. Lakin manevri hansı şəkildə etdiklərini qıraqdan görmürlər. Bu videodan aydın şəkildə görünür ki, sürücü Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin tələblərini kobud şəkildə pozub.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man