PUTİNİN CANLI YAYIMDA SÖYÜLMƏSİ – İndi bu şəxsi məsələdir?…

Dünya 13 İyul 2019 | 12:00
OXUNUB: 3467

Keçmiş sovet respublikasının teleaparıcısı prezident Vladimir Putinin ünvanına təhqiramız sözlər söyləyəndən sonra Rusiya ilə Gürcüstan arasındakı gərginlik kəskin artıb. Bu hadisə Kremlin bərk acığına gəlib.

Canlı efirdəki bu qəzəbli monoloq Gürcüstanın paytaxtı Tbilisidə iki həftədir davam edən Rusiya əleyhinə nümayişlərdən sonra başlayıb. Ümumi yekunda Rusiya hökuməti iki ölkə arasında birbaşa təyyarə reyslərini qadağan edib. Bu qadağa qüvvəyə minəndən minlərlə sərnişin aeroportlarda qalıb.

"Rustavi-2” telekanalının aparıcısı Georgi Qabuniya üzünü kamerlara tərəf tutaraq rus dilində Putinə müraciət edib. O, Rusiya rəhbərini "ifunətli işğalçı” adlandırıb və söyüşlər yağdırıb. Qabuniya Putinin mərhum valideyinlərinin qəbirlərini də təhqir edib. Qabuniya həmçinin rusları kölə adlandırıb və onların ölkədən dərhal çıxmalarını tələb edib.

Kremlin mətbuat katibi reportyorlara deyib: "Bu təhqiramiz sözlər qətiyyən qəbuledilməzdir və böyük qınağa layiqdir”.

Rusiya Xarici İşlər də Nazirliyi bu hadisə barəsində bəyanatla çıxış edib. Həmin bəyanatda deyilir: "Hal-hazırda bu insidentə baxılır. Bu hadisə Rusiya-Gürcüstan münasibətlərini pozmaq istəyən gürcü radikal güclərinin növbəti iyrənc təxribatıdır”.

Bu iki qonşu arasındakı münasibətlər bir neçə il ərzində çox gərgin vəziyyətdə olub. 2008-ci ildəki döyüşlər genişmiqyaslı müharibəyə dönmüşdü. Onda Rusiya Gürcüstandan ayrılmaq istəyən Cənubi Osetiyanı dəstəkləyirdi. Nəticədə, Rusiya ordusu Gürcüstanın ərazisinə soxulmuşdu. Sonradan münasibətlər normal hala qayıtdı, 2013-cü ildə iki ölkə arasındakı ticarət və turizm tamamilə bərpa olundu.

Lakin Gürcüstan cəmiyyətinin daxilində, güclü siyasi təsir imkanına malik şimal qonşusunun hansı rol oynaması məsələsində kəskin fikir ayrılığı yarandı. Rəy sorğuları göstərir ki, gürcülərin əksəriyyəti NATO-ya qoşulmağın tərəfdarıdır, bu isə Rusiyanı qane etmir.

Anti-Rusiya etirazları keçən aydan başlayıb. Buna səbəb Gürcüstan parlamentinə dəvət olunmuş Rusiya qanunvericisinin spikerin kürsüsündə oturaraq, rus dilində çıxış etməsi olub. Hiddətlənmiş etirazçılar hücum çəkərək, parlament binasına daxil olmaq istəyiblər, lakin polis operativ şəkildə bunun qarşısını ala bilib. Bundan sonra etirazçılar hər gün nümayiş təşkil edərək sərt hərəkətlərinə görə daxili işlər naziri Geogi Qaxariyanınistefasını tələb edirlər. Belə ki, etirazçılarla polis arasındakı qarşıdurmada bir neçə nəfər yaralanıb. Rusiya bu etirazlarda ABŞ-ı günahlandırır.

Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze Qabuniyanın çıxışını qınayaraq, bunu təxribat adlandırıblar. Hər iki rəhbər hakim "Gürcü azusu”partiyası tərəfindən dəstəklənir. Son illər bu partiya Rusiyayla əlaqələrin möhkəmlənməsinə çalışır və bu isə Moskvanı işğalıçı hesab edən müxalifəti və həmçinin də, əksər sadə gürcünü qəzəbləndirir.

Rusiyanın Cənubi Osetiya və digər separatçı region Abxaziyada hərbi bazaları var. Rusiya Dövlət Duması bəyan edib ki, Qabuniyanı axtarışda olan cinayətkarların siyahısına daxil edir və onun Rusiya məhkəməsi qarşısında dayanması üçün ekstradisiya olunmasına çalışılacaq.

Qabuniyanın çıxış etdiyi gün telekanal altı saat işləməmişdi, çünki onun bir neçə əməkdaşı onlara qarşı keçirilən etiraz zamanı yaralanmışdı. Gürcülərin bir qismi narahatdır ki, hakimiyyətin Qabuniyanın hərəkətlərinə göstərdiyi kəskin reaksiya Moskvanın yararına işləyəcək.

"Atlantik şurasındakı məhkəmə tibb ekspertizasının rəqəmsal laboratoriyası”nın (Atlantic Councils Digital Forensics Research Lab) elmi işçisi Eto Buziaşvili deyib: "Çox təəssüf ki, Gürcüstan hökuməti Kremlin bəyanatı ilə razıdır. Bu isə Kremlə imkan verir ki, desin: baxın, Gücüstan bizimlə razıdır, biz dostluq münasibətləri saxlayırıq, lakin başqaları bunu pozur”.

Rusiya və Gürcüstan arasındakı bütün təyyarə əlaqələrinə qadağa qoyulması Tbilisi üçün ciddi iqtisadi problemlər yaradır. Əhalisi dörd milyon olan bu ölkəyə milyonlarla turist gəlir. Rusiyalı turistlər onsuz da avtomobil nəqliyyatı və ya digər yollarla Gürcüstana gələ bilərlər, amma buna baxmayaraq, Tbilisiyə vurulacaq maliyyə zərbəsi çox böyük olacaq.
Rusiya bildirir ki, Putin tərəfindən imzalanmış qadağadakı məqsəd Rusiya vətəndaşlarını "rusofob isteriyalar”dan qorumaqdır. Bir çox gürcülər bu tədbirlərə cavab olaraq, sosial şəbəkələrdə "Yay tətilini Gürcüstanda keçir” adı altında kampaniya aparmaqla Rusiyadan olmayan xarici turistləri Qara dəniz sahillərinə və gözəl dağ mənzərlərinə cəlb etməyə ümid bəsləyirlər. ABŞ-ın Tbilisidəki şəfirliyi də bu kampaniyaya qoşulub.

Rusiya Dövlət Duması bildirib ki, Gürcüstan şərablarının, mineral sularının idxalına qadağa qoyulması və həmçinin də, iki ölkə arasındakı pul köçürmələrinin dondurulmasıyla bağlı hökumətə müraciət edəcək.
Gürcüstanın ixrac məhsulları içərisində şərab mühüm yer tutur. Bu ölkədəki şərabçılıq ənənələrinin tarixi kökləri 8 min il bundan qədimə gedir. Ruslar gürcü şərablarını çox sevirlər və onun tədarükü iki ölkə arasındakı münasibətlərin barometri sayılır.

Gürcüstan şərabının Rusiyaya ixracına 2006-2013-cü illərdə qadağa qoyulmuşdu və Moskva bunu həmin şərabların aşağı keyfiyyətə malik olması ilə izah edirdi. Amma ruslar və gürcülər bunun siyasi bəhanə olduğunu çox gözəl anlayırlar. ("The Washington Post”-ABŞ)

Gürcülər belə düşünürlər ki, ABŞ başda olmaqla, bütün Qərb dünyası onların NATO-ya daxil olmasını səbirsizliklə gözləyir. Yəni indi gürcülər arasında elə təbliğat aparılıb ki, sanki Gürcüstanın geosiyasi cəhətdən seçim etməsi, onları inkişaf etmiş Avropa dövlətinə çevirəcək. Bəli, həqiqətən də Avropa və Amerikanın Gürcüstana göstərdiyi siyasi, maddi və mənəvi yardım böyükdür. Gürcüstan vətəndaşları üçün xüsusi imtiyazlar tanıyırlar. Bu isə öz növbəsində gürcülərin Rusiyaya qarşı antipatiya duymasına səbəb olur.

İstənilən ölkə iqtisadiyyatının birtərəfli inkişafının ziyanlı yanı özünü gec və ya tez göstərəcək. Gürcüstanın turizm imkanları son on ildir ki, daha intensiv inkişaf edib. Rusiyadan Gürcsütana gedən turistlərin illik sayı 1,6 milyon nəfərdir. Bu da Gürcüstan büdcəsinə təxminən 300 milyon dollar pul verir. Gürcüstan üçün bu böyük məbləğdir. Rəsmi statistikanın verdiyi məlumata görə, keçən il Gürcütana gələn turistlərin sayı 7 milyon nəfərə yaxın olub və ən çox turist Azərbaycandan gəlib. Sonrakı yerləri Rusiya, Ermənistan və Türkiyə tutur.

Bundan sonra Rusiya hansı tədbirləri görə bilər? Əlbəttə, şərab və turizm qadağası öz təsirini göstərəcək, amma bu Gürcüstanın mövqeyini kəskin döndərməz. Rusiyanın genişmiqyaslı hərbi hücumu inandırıcı görünməsə də, onlar gürcüləri yenidən təxribata çəkməyə cəhd edə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man