İclasdan qovulan məmur Zelenskiyə “debil” dedi

Dünya 11 İyul 2019 | 10:12
OXUNUB: 2519

Ukrayna prezidenti Vladimir Zelenskinin iclas vaxtı qovduğu Borispolda Şəhər Şurasının katibi Yaroslav Qodunok ölkə rəhbərini "debil” və "xam” adlandırıb. "Qafqazinfo”nun məlumatına görə, bu barədə "Strana.ua” xəbər verib.

Qodunokun fikrincə, onunla prezident arasında heç bir qalmaqal və küsülülük olmayıb, sadəcə Zelenski "xam”dır.

"Mənə başdan ayağa qara yaxdılar! Düzünü deyim, bu, mənim üçün şokdur... Mən mütləq... şərəf və ləyaqətimi qorumaq üçün məhkəməyə müraciət edəcəyəm. Mən bu debilə görə şəfaət çəkmişəm”, - Qodunok əlavə edib.

Xatırladaq ki, Zelenski iclas zamanı spikerin çıxışına qulaq asarkən Qodunok onun sözlərini kəsib. Prezident isə məmura ayağa qalxmağı, telefonunu söndürməyi və kürsüyə çıxmağı təklif edib. Daha sonra Zelenski sözü digər iştirakçıya verib. Bir neçə dəqiqə sonra üzünü Qodunoka tutaraq deyib: "Kimsə yüksək səslə qışqıranda mən o şəxs barəsində internetdə məlumat tapmağı xahiş edirəm. İndi oxudum ki, "Batkıvşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha öncə soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə ittiham olunaraq məhkumluq həyatı yaşayıb. Deyin görüm, bu, düzdür, yoxsa yalan? Yaroslav Nikolayeviç, bu, sizsiniz?”. Az sonra o, məmurdan otağı tərk etməyi tələb edib: "Çıxın buradan. Çıx burdan, hiyləgər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man