245 İran idmançısı Qarabağa səfər edəcək

Dünya 27 İyun 2019 | 17:18
OXUNUB: 3185
Bu ilin avqust ayının 6-da işağal altında olan Xankəndi şəhərində açılış mərasimi təşkil olunacaq "Ümumerməni oyunları"nda İranı təmsil edən 245 idmançının iştirakı gözlənilir.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə "Ümumerməni oyunları"nın təşkilat komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, daha əvvəl Azərbaycanla münasibətlərin pozulmaması məqsədilə İrandan olan idmançıların işğal altında olan Qarabağ səfər etməyəcəkləri gözlənilirdi. Lakin, hazırda İranın müxtəlif şəhərlərindən olan 245 idmançının yarışlarda iştirakı ilə bağlı müraciət daxil olub. Müraciət edənlərin 36-sı Təbrizdən, 39-u İsfahandan, 170-i isə Tehrandan gələcək.
Bildirilir ki, yarışda iştirak etmək istəyənlər iyul ayının 1-nə kimi müraciət edəcəklər. Bugünə kimi ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstriya və İrandan 5 minə yaxın idmançı müraciət edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man