Yaponiya hökuməti Rusiya ilə sülh danışıqları barədə

Dünya 24 İyun 2019 | 14:08
OXUNUB: 2513

Yaponiya hökuməti Baş Nazir Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putinin iyunun 29-na təyin edilən görüşü ərəfəsində iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün danışıqları daha qətiyyətlə davam etdirmək niyyətindədir.

 

Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa iyunun 24-də keçirilən mətbuat konfransı zamanı bildirib.

 

"Biz ərazi probleminin həllindən sonra sülh müqaviləsinin bizim mövqelərimiz əsasında imzalanması üçün danışıqları daha qətiyyətlə davam etdirmək niyyətindəyik”, - deyə baş katib bildirib.

 

Jurnalistlərin yüksəksəviyyəli görüşün nəticəsi olaraq, konkret razılaşma barədə sualını cavablandıran Y.Suqa qeyd edib ki, hazırda Yaponiya Baş Nazirinin təklif etdiyi səkkiz bənddən ibarət iqtisadi planın konkretləşməsi istiqamətində iş davam edir.

 

II Dünya müharibəsinin nəticəsi olaraq Moskva və Tokio arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar artıq uzun illərdir ki, davam edir. Müharibədən sonra Kuril adalarının cənub hissəsi keçmiş SSRİ-nin tərkibinə daxil edilsə də, Yaponiya da bu adalara iddialıdır.

 

Xatırladaq ki, G20 ölkələri liderlərinin görüşü iyunun 28-29-da Osakada keçiriləcək. Yaponiya və Rusiya liderlərinin ikitərəfli görüşü sammitin ikinci gününə planlaşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man