ABŞ İranın nüvə proqramı obyektlərindən birinə məhdud zərbə endirməyi planlaşdırır. Virtualaz.org xəbər verir ki, bunu "Jerusalem Post” BMT-dəki qərb diplomatlarına istinadən xəbər verib.
"Partlayış irimiqyaslı, lakin konkret hədəflə məhdudlaşmış olacaq”, - nəşr mənbənin sözlərini çatdırır. Mənbə əlavə edir ki, ABŞ prezidenti Donald Tramp bu ideyanın tərəfdarı deyil, lakin qərar vermək səlahiyyəti İrana zərbə endirilməsində israrlı olan dövlət katibi Mayk Pompeoya həvalə edilib.
Qeyd olunur ki, Ağ Evdə yüksək rütbəli hərbi komandirlərin, Pentaqonun nümayəndələrinin və dövlət başçısının müşavirlərinin iştirakı ilə danışıqlar iyunun 14-dən bəri aparılır. Bundan əlavə, Vaşinqton Yaxın Şərqdə hərbi iştirakını artırmaq və bu regiona daha çox əsgər yollamaq niyyətindədir.
İyunun 14-də Donald Tramp İran hakimiyyətini Oman körfəzində neft tankerlərinə hücumda ittiham edib. Tehran bu ittihamları rədd edib və əvəzində Vaşinqtonu Yaponiya ilə aparılan danışıqlara maneə törətməkdə və İrana qarşı iqtisadi terrorçuluğu maskalamaqda günahlandırıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man