Danimarkada keçirilən parlament seçkilərində müxtəlif partiyalardan olan türk əsilli 9 deputatlığa namizəddən Həlimə Oğuz və Fatma Öktəm deputat seçilib.
Teleqraf.com xəbər verir ki, Fatma Öktəm 2011-2015-ci illərdə Liberal Partiyanın deputatı kimi fəaliyyət göstərib. Fatma Ötkən Jutlandda 5 min 130 səslə yenidən parlamentə qayıda bilib.
Sosial Demokrat Partiyasının paytaxt Kopenhagendən namizəd göstərdiyi Həlimə Oğuz isə ilk dəfə parlamentə düşüb.
Sosial Demokrat Partiyasından namizəd olan Lars Aslan Rasmuessen isə 4 min 279 səslə qalib gəlib. Rasmussenin atası türk, anası isə danimarkalıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man