Gürcüstanda dollar bahalaşmaqda davam edir

Dünya 29 May 2019 | 19:29
OXUNUB: 2004
Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.

"Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının mayın 30-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7997 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0121 lari artıb.

Dolların bahalaşmasını şərh edən Milli Bankın prezidenti Koba Qvenetadze bunu qısamüddətli tərəddüd adlandırıb. O, milli valyutanın ucuzlaşmasını, əsasən, xarici faktorlarla əlaqələndirib.

Qeyd edək ki, qonşu ölkədə dolların sürətlə bahalaşması tendensiyası mayın əvvəllərindən etibarən müşahidə olunur. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man