İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisində zenit-raket kompleksini dəqiq zərbə ilə məhv edib. Virtualaz.org xəbər verir ki, İsrail aviasiyasının Suriya ərazisinə raket zərbəsi endirdiyi haqda məlumat əvvəlcə sosial şəbəkələrdə yayılıb. Məlumata görə bu zərbə nəticəsində Suriya ordusunun zabiti və əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. Zərbənin Əsəd ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin Kuneytra rayonundakı bazasına endirildiyi bildirilir.
İsrail müdafiə ordusunun mətbuat xidməti məlumatı təsdiq edib və bildirib ki, Suriya ərazisinə raket zərbəsi İsrail təyyarəsinə raket atəşi açılmasına cavabdır. Belə ki, İsrail təyyarəsi ölkənin şimal əraziləri üzərində cari uçuş həyata keçirərkən Suriya ərazisindən atəşə tutulub. Lakin Suriya ordusunun buraxdığı zenit raketi İsrail təyyarəsini vura bilməyib və elə Suriya ərazisinə düşüb.
İnsidentlə bağlı baş nazir Benyamin Netanyahu bildirib: "Qısa müddət əvvəl Suriya ordusu İsrail təyyarəsini vurmağa çalışdı, amma buna nail ola bilmədi. Cavab olaraq hərbi-hava qüvvələrimiz raketin buraxıldığı qurğunu məhv etdi...Bizim siyasətimiz aydındır-İsrailə qarşı təcavüzlə barışa bilmərik və belə cəhdlərə qarşı qəti, güclü cavab veririk”.
Əsəd ordusu da faktı təsdiqləyib, bir hərbçinin öldüyünü, ikisinin yaralandığını bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man