Türkiyəli ilahiyyatçı erməni uşağına görə şikayət olundu

Dünya 17 May 2019 | 18:30
OXUNUB: 2717

Türkiyənin Diyarbəkir vilayətinin Vəkillər kollegiyası ölkənin Baş prokurorluğuna müraciət edərək ilahiyyətçi Nihat Hatiboğlu barəsində cinayət işinin açılmasını tələb ediblər.

Yeniavaz.comTürkiyə mətbuatına istinadən bildiri ki, Diyarbəkir Vəkillər kollegiyası iddia edib ki, Nihat Hatiboğlu ATV kanalında yayımlanan verilişdə valideyinlərinin icazəsi olmadan 13 yaşlı Artur adlı erməni uşağı dinini dəyişməyə məcbur edib.
Məlumat üçün bildirək ki, bu məsələni ilk dəfə gündəmə Türkiyə Böyük Millət Məclisində (TBMM) Xalqların Demokratik Partiyasından (HDP) olan erməni əsilli millət vəkili Qaro Paylan gətirib. Daha sonra Arturun anası Alina Yengibaryan bildirib ki, bu hadisədən onun xəbəri yoxdur.
Bundan başqa İnsan Haqları Dərnəyinin rəhbəri də Hatiboğlu barəsində məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
Eyni zamanda İstanbul Erməniləri Patriarxlığının baş arxiyepiskopuAram Ateşyan da Türkiyə Diyanət İşləri müdirinə zəng edərək öz narazılığını çatdırıb.
Nihat Hatiboğlu isə öz açıqlamasında deyib ki, onun əməkdaşları verilişdən əvvəl Arturun anası Alina Yengibaryan və ögey atası ilə danışıblar və onların hər ikisi buna etiraz etməyiblər. Nihat Hatiboğlu qeyd edib ki, uşağın valideyinlərinə təzyiq edildiyi üçün onlar sonradan bunu inkar ediblər.

 



Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man