TRT-də yayımlanan "Paytaxt Əbdülhəmid" serialının son bölümündə Türkiyənin 11-ci Prezidenti Abdulla Gül Osmanlı padşahının diliylə təhdid edilib.
II Əbdülhəmid serialda ona xəyanət edənlər üçün deyib:
"Gül ağacına su veririk. Lakin su həm gülə, həm də tikana yararlıdır. Ətrafımızda su verdiklərimiz tikan olmağa meyilləniblərsə, axırda mütləq budayacağıq".
Serialın ssenari müəlliflərindən biri olan Uğur Uzunok son bölümün ssnerasinin bir neçə həftə əvvəl yazıldığını bildirib: "Bəhs edilən bölüm təqribən 5-6 həftə əvvəl yazılıb. Sürətlə dəyişən Türkiyənin gündəminin bu dəqər əvvəl bilindiyini iddia etmək məcburedici şərhdir. Biz ssenari müəllifləri tarixin təkərrür etməsinə görə məsuliyyət daşımırıq". Yeniavaz