Davutoğlu YSK-nın qərarına qarşı çıxdı

Dünya 08 May 2019 | 11:09
OXUNUB: 2190
Türkiyənin sabiq baş naziri Ahmet Davutoğlu da Ali Seçki Qurumunun (YSK) İstanbuldakı seçkilərin yenilənməsi qərarına biganə qalmayıb.  
 A.Davutoğlu millətin gücünün sandıqda olduğunu vurğulayıb:

"Türk siyasi həyatının və demokratiyanın bütün çatışmazlıqlarına baxmayaraq, ən vacib güc sandıqların qanuni olmasıdır. Ölkəmizi ən çətin zamanlardan çıxaran millətimizin sandıqda ortaya qoyduğu iradəsi olmuşdur.

Siyasi ənənəmizin ən təməl dəyəri də son sözün sandıqdan çıxan nəticənin millət iradəsinə aid olmasıdır. Bəhanəsi və səbəbi nə olursa olsun, 31 Mart seçkilərindən sonra yaşananlar və YSK-nın ləğv qərarı bu təməl dəyərlərimizin zədələnməsinə gətirib çıxarmışdır.

Ədalətli, qaydalara uyğun seçkilər demokratiyanın olduğu qədər ortaq şüurumuzun da istinad nöqtəsidir. YSK-nın qərarı isə ümumbəşər hüquqa və köklü ənənələrə ziddir, bu şüura zərər verməkdədir.

Siyasi hərəkətlər üçün ən böyük itki, seçkilər deyil, ictimai vicdanda əxlaqi üstünlüyün itməsidir. İndi görməyimiz gərəkən əsas iş, ölkəmizə yaraşan normal seçki prosesini həyata keçirmək, gərginlik və qütbləşmədən uzaq dayanaraq demokratiyamızın daha çox məhvinə mane olmaqdır”.Unikal.org 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man