Belarus prezidenti Aleksandr Lukaşenkonun keçmiş işçisi tutulub. Məlumata görə, prezidentin mühafizə xidmətinin keçmiş rəhbəri dövlət təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Yerli mətbuatın öz mənbələrinə istinadla yazdığına görə, Andrey Vtyrinin Minsk yaxınlığındakı elit yaşayış kompleksindəki koteci möhürlənib. Məlumata görə, məmur hələ ötən həftə həbs edilib və o korrupsiyada ittiham edilir.
Hələlik bu barədə məlumat rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Vtyurin 2007-2014-cü illərdə Belarus prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edib. Ölkənin ən nüfuzlu şəxslərindən olan keçmiş rəis Təhlükəsizlik Şurasının katibinin müavini olub.