Səudiyyə şahzadəsi Fələstini satması üçün Mahmud Abbasa 10 milyard dollar təklif edib - Təfərrüat

Dünya 30 Aprel 2019 | 18:26
OXUNUB: 5773
İordaniyanın Fələstinin Ramallah şəhərindəki nümayəndəsi, ABŞ prezidenti Donald Trampın "Əsrin müqaviləsi" layihəsinə görə Şəudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin rəhbərliyinə 10 milyard dollar təklif etdiyini açıqlayıb.
 
Bu barədə "əl-Əxbar" qəzeti məlumat yayıb. Məlumata görə, İordaniya Ramallahdakı nümayəndəsinin İordaniya Xarici İşlər Nazirliyinə göndərdiyi məruzələrdə, Səudiyyə şahzadəsinin Fələstin rəhbəri Mahmud Abbasa "Əsrin müqaviləsi" ilə razılaşması üçün 10 milyard dollarlıq təklif etdiyi qeyd olunub. Xəbərdə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi ilə Mahmud Abbas arasında keçirilən görüşdə Fələstin dövlətinə yardım məqsədiylə əvvəlcə 4 milyard dollarlıq maliyyə dəstəyi veriləcəyi açıqlanıb.   Mahmud Abbas isə yəhudi qəsəbələri, iki dövlət və işğal edilmiş Qüdslə bağlı heç bir güzəştə getməyəcəklərini bildirib.   Görüş zamanı Mahmud Abbas ABŞ-ın heç bir ciddi təklif etməyəcəyini açıqlayıb.  
 
Məhəmməd ibn Salman "Əsrin müqaviləsi"nin detallarını müzakirə edərək Mahmud Abbasdan bu müqavilə ilə məşğul olmasını istəyib və bu məsələdə nə qədər pul lazım olarsa, onlara verəcəyini vəd edib.   O, həmçinin qeyd edib ki, əgər "Əsrin müqaviləsi"ni qəbul edərsə, 10 il ərzində Fələstinə 10 milyard dollar pul verəcək.   Mahmud Abbas isə vəliəhdin bu təklifinə qarşı çıxıb və bu planın onun siyasi həyatının sonu olacağını söyləyib. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man