İsrail Ruandada 800 min insanın ölümünə səbəb olan qətliamlara dəstək verib və qətliamla bağlı məlumatları gizlədib.
Bu sözləri İsrailin Ruandadakı keçmiş təmsilçisi və insan hüquqları müdafiəçisi Aryeh Levin deyib.
"Yerli və beynəlxalq tələblərə baxmayaraq, İsrail hələ də qətliamları təşkil edən Ruanda rejimi ilə münasibətlərini gizlədir”, - Levin bildirib.
Ruanda soyqırımında Tutsi qəbilələrinə qarşı həyata keçirilən hücumların İsrail silahlarının istifadəsi ilə başladığını bildirən Levin iki ölkə arasındakı münasibətlərin 60-cı illərdən etibarən yarandığını qeyd edib.
Levin həmçinin MOSSAD-ın ruandalı məmurlara təlim keçdiyini bildirib.
Qeyd edək ki, 1994-cü ildə Ruandada 100 gün ərzində təxminən 800 min insan qətlə yetirilib.Axar