Meksikanın şərqində yerləşən Verakruz ştatının Mixtla de Altamirano şəhərinin meri Marikela Vallexon silahlı hücuma məruz qalıb. Şəhərin meri avtomobildə olarkən silahlı hücuma məruz qalıb.
Hadisə zamanı onunla birgə avtomobildə olan həyat yoldaşı və sürücüsü qətlə yetirilib.
Prokurorluq hadisə ilə bağlı istintaq başladıb.
Qeyd edək ki, ölkənin qərbində yerləşən Michoacan əyalətinin Nahuatzen şəhərinin meri David Eduardo Otlica Aviles də üç gün əvvəl qaçırılmış, daha sonra cəsədi tapılmışdı.