Dünyanın ən sürətli traktoru - JCB Fastrac

Nəqliyyat xəbərləri 29 İyun 2019 | 23:57
OXUNUB: 2351

Çıxardığı iş maşınlarıyla ön plana çıxan JCB, Williams Advanced Engineering ilə birlikdə dünyanın ən sürətli traktorunu yaratdı. Fastrac olaraq adlandırılan bu traktor, min at gücündə və saatda 166 kilometr sürət gedə bilir.

Avtosfer.Az maide.az-a istinadən bildirir ki, keçən il İngiltərədə dünyanın ən sürətli traktoru rekordu vurulmuş, hazırlanan xüsusi bir traktor saatda 140 kilometr sürətə çataraq dünyanın ən sürətli traktoru olma adına malik olmuşdu. Aradan çox uzun bir müddət keçmədiyinə baxmayaraq bu rekord, bir daha İngiltərədə vuruldu. Bu dəfə dünyanın ən sürətli traktorunu yaradan şirkət JCB oldu. Formula 1 yarışlarının qabaqda gələn mühəndislik qruplarından biri olan Williams Advanced Engineering ilə edilən əməkdaşlıq, JCB Fastraca dünyanın ən sürətli traktoru olma adını qazandırdı.

JCB Fastrac, 1.000 at gücündə 7.2 litrlik bir dizel mühərrikə sahibdir.

Traktorun aerodinamika işləri Williams Advanced Engineering tərəfindən edildi. Bu traktorun maksimum sürəti 166 kilometr ilə İngiltərənin Elvington şəhərində olan havalimanında qeydiyyata alınmış oldu.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man