Türkiyə polisi dünən böyük narkotika şəbəkəsinin üzvlərini həbs edib.
Sfera.az xəbər verir ki, həbs edilənlər arasında çox sayda həkim və əczaçı var.
Polisin Kayseridə keçirtdiyi əməliyyat zamanı narkotik tərkibli həbləri həkimlər öz xəstələrinə yazdığı aşkar edilib.
Həkimlərdən bir neçəsi hətta bu həbləri pasient kimi yanına gələn polislərə də yazıb. Polisin eyni anda keçirtdiyi əməliyyat zamanı ümumilikdə 30 nəfər həbs edilib.