Daha bir 11 sentyabrın qarşısı alındı: Bu dəfə Londonda - Foto

Dünya 06 Mart 2019 | 10:37
OXUNUB: 3332
Böyük Britaniyanın paytaxtı Londonda iki hava limanı ilə bir metro stansiyası yaxınlığında tapılan 3 şübhəli paketdə əldədüzəltmə partladıcılar aşkar edilib. Bu barədə Böyük Britaniya polisindən açıqlama verilib.
 
  Verilən açıqlamada Londonun Hitrou və Siti hava limanları ilə Vaterlo metro stansiyası yaxınlığında tapılan 3 paketdə əldədüzəltmə partladıcılar aşkar edildiyi bildirilib. Açıqlamada hər üç paketin də açıldığı halda kiçik bir yanğına yol açma gücündə olduğu qeyd edilib.
 
Ağ zərflər daxilində olan partladıcıların bir-biri ilə əlaqəli olduqlarının düşünüldüyü qeyd edilən açıqlamada cinayətkar və ya cinayətkarların məqsədi ilə bağlı şərh verilməyib. Polis müdaxiləsi zamanı hava limanları ilə metro stansiyasındakı səfərlərdə gecikmə olmayıb. Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə baş verən 5 terror hücumunda 36 nəfər həyatını itirmişdi.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man