Pakistan Konstitusiya Məhkəməsi ölkə televiziyalarında Hindistan mənşəli yayımları müddətsiz dayandırıb. Məhkəmə iclasında 2006-cı ildə Lahor Ali Məhkəməsinin (LHC) 10 faiz Hindistan mənşəli yayıma icazə verən qərarına Pakistan Elektron Media Tənzimləmə Orqanı (PEMRA) etirazına baxılıb.
İclasda PEMRA nümayəndələri Pakistan əlaqəli yayımların Hindistan televiziyalarında qadağan olunduğunu xatırladıb. Konstitusiya Məhkəməsi Pakistan televiziyalarında Hindistan mənşəli yayımların müddətsiz dayandırılmasına və PEMRA ilə əlaqəli mövzuların LHC-də baxıla bilməyəcəyinə hökm verib. Məhkəmə qərarıyla televiziyalarda Hindistan istehsalı serial, film, əyləncəli proqramların yayımlanmasına qadağa qoyulsa da, çap mediasında yer alan məzmunların televiziyalarda göstərilməsinə qadağa tətbiq edilməyib.