Paytaxtın Xəzər rayon Mərdəkan qəsəbəsində iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən məlumatına görə, qəza zamanı 1975-ci il təvəllüdlü Əliquliyeva Rəfiqə Ağaqardaş qızı və 1989-cu il təvəllüdlü Abdullayeva Şəhla Nəsir qızı xəsarət alıblar. Hər iki yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ş.Abdullayevaya qapalı kəllə-beyin travması, R.Əliquliyevaya isə başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hər iki yaralı ambulator müalicəyə buraxılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man