Erməni general- leytenant, Qarabağ döyüşlərinin iştirakçısı Arşavir Qaramyan bütün Qarabağda döyüşmüş ermənilərə müraciət edib.
Sfera.az xəbər verir ki, Qaramyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin torpaqların sülh yolu ilə qaytarılmasına etiraz olaraq bəyanat imzalayıb. Qaramyan bəyanatında deyib:”Biz qanımızı tökərək azad etdiyimiz torpağı sülh yolu ilə geri qaytarmayacayıq. Azərbaycan ordusu bizdən güclü ola bilər. Müasir silahları da ola bilər. Amma biz sülhə razılaşmayacayıq.”
Erməni general-leytenantın bu bəyanətı "Şəhid Anaları” Cəmiyyətinin qəzəbinə səbəb olub. "Şəhid Anaları” Cəmiyyəti generala etiraz olaraq bəyanat yayıb:”Qarabağ bizə lazım deyil. Artıq 29 ildir ki, savaşdayıq. Bu bir insan ömrünün yarısıdır. Müharibədə həlak olan bizim övladlarımızdır. Bizə nə müharibə, nə də Qarabağ lazımdır.”