Bakıda təhsil almış zabit İrəvanı QARIŞDIRDI: Ermənistana KTMT ZƏRBƏSİ

Dünya 23 Fevral 2019 | 10:50
OXUNUB: 2682
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə danışıb. KTMT-yə yaxın həmsöhbət qeyd edib ki, Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu vəzifəyə təyinatı bu posta öz namizədini gətirmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə görə baş tutmur.
"KTMT-də onunla barışıblar ki, təşkilatda daha bir il birinci katib olmayacaq, onun vəzifələrini 2020-ci ilin əvvəlinə kimi Rusiya nümayəndəsi Valeriy Semerikov icra etməyə davam edəcək”, - mənbə deyib.
 
Məsələ ilə bağlı  açıqlama verən pilotoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirir ki, KTMT-yə yeni baş katib təyin edilməməsi məhz Rusiyanın maraqlarına uyğun idi:
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus əsasında qəbul edilir. Yəni tərəflərdən biri etiraz edirsə, qərar qəbul edilmir. Bu təşkilatda yeni baş katibin seçilməsi əlaqədar olaraq uzun müddətdir ki, müzakirələr aparılır. Sonuncu baş katib Ermənistan nümayəndəsi Yuri Xaçaturov idi. Lakin hazırda onun haqqında istintaq işi açılıb. KTMT üzvləri də belə hesab etdi ki, haqqında həbs-qətimkan tədbiri seçilmiş bir insanın belə bir təşkilata rəhbərlik etməsi təşkilatı nüfuzdan salan amildir. Bu səbəbdən də onun istefaya getməsini sürətləndirdilər. Ermənilər iddia etdilər ki, Yuri Xaçaturovun yerinə yenidən erməni nümayəndəsi təyin olunmalıdır. Qazaxıstanla Belarus isə buna ciddi surətdə etiraz etdilər. Çünki Ermənistanın baş katiblik etməsinin zamanı ilin sonlarında başa çatırdı.

Bir neçə ay üçün də yeni erməni baş katibin təyin olunması boş itki idi. Tərəflər də vaxt itkisinin qarşısını almaq üçün yeni dövlətin namizədinin seçilməsini üstün tutdular. Həmin namizəd də əlifba sırasına görə Belarusdan gəlməli idi. Əvvəllər Ermənistan bu situasiyaya çox da müqavimət göstərmirdi. Rusiya isə bu məsələyə o qədər də müdaxilə etmir və kənardan seyr etməklə bu təşkilatdaxili mübarizədən həzz alırmış kimi bir mövqe sərgiləyirdi. Rusiyanın əsas taktikası bundan ibarət idi ki, tərəflər bir-birilə boğuşacaq, heç bir razılıq əldə edilməyəcək və belə olan halda sədrin birinci müavini – rusiyalı Valeriy Semerikov KTMT-nin baş katibi səlahiyyətlərini icra edən şəxs sifəti ilə təşkilatı idarə etməyə davam edəcək. Bu, Rusiyanın maraqlarına uyğun idi. Onsuz da, tam formalaşmamış və əsasını Rusiya Silahlı Qüvvələrinin təşkil etdiyi hərbi-siyasi təşkilata rus nümayəndəsinin başçılıq etməsi Rusiya üçün qəbuledilən idi. İndi ermənilərin dirənişi, mənim zənnimcə, hansısa "dirijor çubuğu”nun köməyi ilə baş verir. Çünki Belarus, Qazaxıstan və digər dövlətlər də təhsilini Bakıda başa vurmuş Belaruslu namizədin baş katib olmasını istəyirdilər. Bu isə Rusiyanın ürəyincə deyildi. Moskva istəsəydi, Belarus namizədi baş katib təyin edilərdi. Amma həm Ermənistanla münasibətləri korlmamaq, həm də rus mənşəli insanın baş katib postunda olması Rusiyanın maraqlarına daha uyğun idi. Belə də oldu. Ermənistan konsensusu pozub etiraz etdi və nəticə etibarilə baş katib seçilmədi. KTMT-yə yeni baş katibin təyin edilməməsi məhz bu səbəbdən oldu”.
 
Politoloqun fikrincə, nəzərə almaq lazımdır ki, Belarus Azərbaycanla sıx hərbi əməkdaşlıq münasibətlərindədir:
"Bu əməkdaşlıq artıq bütün dünyaya bəllidir. Üstəlik, Belarus prezidenti Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında yaxın dostluq münasibətləri var. Yeri gələndə, Lukaşenko Azərbaycana olan isti rəğbətini gizlətmir. Bunu Ermənistan rəhbərliyinin üzünə söyləməkdən də çəkinmir. Bu da Ermənistanı qıcıqlandıran amillərdən biridir. Buna görə də KTMT-yə baş katib təyin edilməsi məsələsində Ermənistanın bu cür sərt mövqe sərgiləməsinə təsir göstərir”.Publika
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man