Ukrayna prezidenti Petr Poroşenko BMT Baş Assambleyasının kuluarlarında Rusiya hakimiyyətindən ötən ilin noyabr ayının sonunda Kerç körfəzindəki insident zamanı saxlanılan 24 ukraynalı dənizçinin sərbəst buraxılmasını tələb edib.
"Rusiya 1" telekanalının müxbiri Valentin Boqdanov Ukrayna liderinə 2018-ci ilin ortalarında dövlətə xəyanət ittihamı ilə həbs edilmiş "RİA Novosti Ukrayna" nın baş redaktoru Kirill Vışinskinin taleyi haqqında sual verib.
"24 Ukrayna dənizçisi Sizdə qanunsuz olaraq həbsdədir. Siz onlardan üzr istəməyə borclusunuz, dərhal buraxın, çünki siz təcavüzkarsınız, siz beynəlxalq hüququ pozansınız. Siz və sizin lideriniz ukraynalıların qatillərisiniz. Bunu yadda saxlayın" - deyə, Poroşenko cavab verib.